Zelenski: “Ukrayna üçün “Patriot” raketlərini Almaniya və Norveç alacaq”backend

Zelenski: “Ukrayna üçün "Patriot" raketlərini Almaniya və Norveç alacaq”

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ, Almaniya və Norveçə “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınmasına görə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, Zelenski axşam müraciətində qeyd edib ki, Almaniya Ukraynaya iki “Patriot”, Norveç isə bir “Patriot” sisteminin alınmasını maliyyələşdirməyə hazırdır. Eyni zamanda, ABŞ-dan 17 “Patriot” sisteminin göndərilməsi planlaşdırılır.

Dövlət başçısı deyib: “Komandamıza, ABŞ-a, Almaniyaya və Norveçə Ukrayna üçün yeni ‘Patriot’ qərarının hazırlanmasına görə təşəkkür edirəm.”

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*