Ukrayna Prezidenti Volodimir Zelenski yeni xarici işlər nazirinin təyin edilməsi ilə bağlı təklifini parlamentə təqdim edib. O, bu vəzifəyə Andrey Sibiqanın namizədliyini irəli sürüb.
KONKRET.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar layihəsi Ali Radanın saytında dərc olunub.