Ukraynada Milad bayramı rəsmi olaraq dekabrın 25-nə təxirə salınıb.
KONKRET.az xəbər verir ki, müvafiq qanunu prezident Volodimir Zelenski imzalayıb .
İndiyə qədər ölkə sakinləri Rusiyada olduğu kimi əsas xristian bayramını 7 yanvarda qeyd edirdilər. Lakin bundan əvvəl dövlət başçısı parlamentə qanun layihəsi təqdim edib. O, bu ənənədən imtina edərək Yeni Yulian təqviminə keçməyi təklif edib.