Zelenski Ukraynanın baş kəşfiyyatçısı olan uşaqlıq dostunu işdən çıxaracaqbackend

Zelenski Ukraynanın baş kəşfiyyatçısı olan uşaqlıq dostunu işdən çıxaracaq

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbərini dəyişdirmək istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Politico” qəzeti Ukrayna prezidentinə yaxın dörd məmura, eləcə də UTX-da zəruri islahatların aparılması ilə bağlı Kiyevə məsləhət verən qərb diplomatına istinadən yayıb.

İndi bu vəzifədə İvan Bakanov çalışır. Nəşrin həmsöhbətlərindən biri iddia edir ki, onlar UTX rəhbərinin işindən “son dərəcə narazıdırlar”:

“Onun idarəçilik bacarıqları bizi qane etmir, çünki indi böhran idarəçiliyi bacarıqlarına ehtiyacımız var, bizim fikrimizcə, onda bu keyfiyyət yoxdur”.

“Zelenski UTX-ya rəhbərlik etmək üçün gətirdiyi uşaqlıq dostunu müharibə vaxtı vəzifəyə daha uyğun olan biri ilə əvəz etmək istəyir”, – Politico qeyd edib.

Mənbə yazır ki, Rusiyanın Ukraynaya hücumundan sonra təkcə Bakanovun işi deyil, həm də UTX-nın yüksək rütbəli məmurlarının verdiyi qərarlar narahatlıq doğurur. Onlar qeyd ediblər ki, ilk saatlarda və günlərdə qəbul etdikləri qərarlar “ölkənin qiymətli ərazilərinə, o cümlədən strateji əhəmiyyətli Xerson şəhərinə baha başa gələ bilər”.

Ukraynanın yüksək rütbəli məmuru nəşrə bildirib ki, döyüş əməliyyatları başlayanda bir çox bölgələrdə UTX rəhbərləri özlərini çox qəribə aparıblar, qaçıblar və hətta onlardan birinin Çerniqovda sənədləri götürməyə vaxtı olmadığından UTX-nın binasını yandırıb.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*