Zelenski Yaponiyaya gedir: G7 sammitində iştirak edəcəkbackend

Zelenski Yaponiyaya gedir: G7 sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Xirosima şəhərində keçiriləcək “Böyük yeddilik” (G7) sammitində şəxsən iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna Prezidenti Səudiyyə Ərəbistanında Ərəb Liqasının sammitində iştirak etdikdən sonra ABŞ hərbi təyyarəsi ilə Yaponiyaya uçacaq.

Qeyd edək ki, Yaponiya Xarici İşlər Nazirliyi Zelenskinin görüşdə iştirakını təsdiqləməyib:

“Hələlik bizə belə bir məlumat daxil olmayıb. Daha əvvəl elan edilmiş görüşün proqramında heç bir dəyişiklik yoxdur”.

Xatırladaq ki, Yaponiya 2023-cü ildə G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammit keçiriləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*