Zelenskidən GÖZLƏNİLMƏZ AÇIQLAMA: “İsrailin İrana zərbələri…”backend

Zelenskidən GÖZLƏNİLMƏZ AÇIQLAMA: "İsrailin İrana zərbələri..."

Ukrayna Prezidenti Vladimir Zelenski İsrailin İrana endirdiyi hava zərbələrinin Ukrayna üçün neqativ nəticələr doğura biləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, hücumlar qlobal neft bazarında qiymətlərin kəskin artımına səbəb olub.

“Bu, Ukrayna üçün mənfidır. Çünki Rusiya neft ixracından əldə etdiyi yüksək gəlirlər hesabına daha da güclənir. Bu amil bizə heç cür kömək etmir”, – deyə Zelenski Newsmax-a müsahibəsində vurğulayıb.

Ukrayna lideri həmçinin qeyd edib ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Qərbin Kiyevə ayırdığı yardımın həcmi də azala bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*