Zelenskidən Rusiya ilə bağlı ŞOK PROQNOZ: “İldə 50 milyard dollar…”backend

Zelenskidən Rusiya ilə bağlı ŞOK PROQNOZ: "İldə 50 milyard dollar..."

Ukrayna kəşfiyyatı yeni sanksiyaların Rusiya üçün əhəmiyyətli iqtisadi itkilərə səbəb olacağını proqnozlaşdırır.

KONKRET.az xəbər verir ki, neft sənayesinə dəyən ziyan ildə 50 milyard dolları keçə bilər.

Bu barədə RBC-Ukrayna Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat verib.

“Yeni tərəfdaş sanksiyalarının Rusiya hərbi maşınına təsiri ilə bağlı ətraflı kəşfiyyat qiymətləndirmələrimiz var”, – Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, Rusiya artıq neft şirkətlərinə tətbiq edilən məhdudiyyətlər səbəbindən ciddi itkilər yaşayır. Təzyiq davam edərsə, itkilər ildə ən azı 50 milyard dollara çatacaq.

O, həmçinin bildirib ki, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşçenko Rusiyanın Kiyevə qarşı müharibəsi kontekstində Çin rəhbərliyinin mövqeyi və planları barədə məlumat verib.

“Çinin Rusiyanın müharibəni genişləndirmək və uzatmaq üçün davamlı cəhdlərinin qarşısını almaq səyləri vacibdir. Diplomatlarımız regionda son görüşlərdən əldə edilən məlumatlara əsasən müvafiq təlimatlar alacaqlar”, – deyə Ukrayna prezidenti vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*