Zelenskinin anonsunu verdiyi “sülh planı”nda nələr var? – AÇIQLAMAbackend

Zelenskinin anonsunu verdiyi “sülh planı”nda nələr var? - AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 25-də BMT Baş Assambleyasında çıxış edərək sülh planı təqdim edəcəyini bildirib.

Maraqlıdır, tərəflər hansı şərtlər altında razılıq əldə edə bilər və Ukrayna tərəfinin bu məsələdə məqsədi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli Ukraynanın sülh planı ilə çıxış etməsinin daha məntiqli olduğunu qeyd edib:

“Proseslərin uzun müddət davam etdirmək üçün tərəflərdə iradə yoxdur. Çünki qlobal sitiuasiyanın dəyişmək ehtimalı kifayət qədər çoxdur. Rusiya da resurs baxımından limitsiz ölkə deyil. Ukrayna ilə də bağlı məsələ hər kəsə məlumdur. Rəsmi Kiyevin sülh planı ilə çıxış etməsi daha məntiqlidir. Düzdür, Kursk ərazisində müəyyən qədər uğurlar qazanıldı, ancaq bunu davam etdirmək üçün hərbi potensial lazımdır. Ukrayna prizmasından baxdıqda isə bu, real görünmür”.

Ekspert qeyd edib ki, bu məsələdə Zelenskinin bir neçə məqsədi ola bilər:

“Ümumiyyətlə praktikada belə yanaşma var ki, əksər hallarda müharibədə uduzan tərəf oxşar təkliflə çıxış edir. Baxın, müharibə təkcə Rusiyaya yox, digər ölkələrə də zərər verir. Zelenski çalışır ki, sülh planını təklif etməklə Rusiyaya təzyiq etsin. Həmçinin rəsmi Kiyev Qərb və Rusiya arasında münasibətlərin daha da kəskinləşməsini istəyir. Çünki masada real mətn var və Avropa bununla Moskvaya təzyiq göstərə bilər. Bundan başqa, digər məqam ABŞ-də keçiriləcək prezident seçkiləridir. Zelenski hakimiyyəti riskə getməyi gözə ala bilməz. Digər tərəfdən, Kamalla Harris prezident seçilməyə bilər. Donald Trampın qalib gəlməsi müharibədə Zelenskinin böyük itkilər verməsinə səbəb ola bilər”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*