Zəlzələdə 7 üzvünü itirən xor qrupu “Sarı gəlin” ifa etdi – VİDEObackend

Zəlzələdə 7 üzvünü itirən xor qrupu "Sarı gəlin" ifa etdi - VİDEO

Hatayda 7 üzvünü itirən xor qrupu “Sarı gəlin”i ifa edib.

KONKRET.az xəbər verir ki, zəlzələdən dağılmış Türkiyənin Hatay şəhərində “Antakya Sivilizasiyalar” xor qrupu tolerantlığını qoruyub saxlayır.

Müxtəlif din və məzhəblərdən ibarət sənətçilərin bir araya gəldiyi xor qrupu zəlzələdə 7 üzvünü itirib.

Qalan xor üzvləri şəhəri tək qoymayacaqlarını bildiriblər.

Xor qrupunun rəhbəri Yılmaz Özfırat verdikləri konsertlərdə həyatını itirən 7 üzvünün xatirəsini həmişə anacaqlarını və “bu xalq, bu şəhər yıxılmadı, ayaqda” deyərək Hatayı dünyaya tanıdacaqlarını  bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*