Zəlzələdə dağılan binanın podratçıları Gürcüstana qaçarkən SAXLANILDIbackend

Zəlzələdə dağılan binanın podratçıları Gürcüstana qaçarkən SAXLANILDI

Türkiyənin Adıyaman şəhərində dağılan bir çox binanın podratçısı olduqları müəyyən edilən Yavuz Karakuş və Sevilay Karakuş saxlanılıb.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar Gürcüstana qaçmaq istəyərkən yaxalanıb.

Podratçıların bu gün İstanbul Hava Limanının Beynəlxalq Terminalında şəxsiyyət yoxlaması zamanı saxlanıldığı bildirilir.

Yavuz Karakuş və Sevilay Karakuşun üzərində 16 min dollardan çox pul olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*