Zəlzələdən xilas olan şagirdlərə 10 min planşet hədiyyə edildibackend

Zəlzələdən xilas olan şagirdlərə 10 min planşet hədiyyə edildi

Səlcuq Bayraktarın rəhbəri olduğu  “Baykar” şirkəti Türkiyədə zəlzələdən zərər çəkmiş şagirdlərin təhsilinə dəstək olmaq üçün 10 min ədəd planşet hədiyyə edib.

KONKRET.az xəbər verir ki, zəlzələnin ilk günündən xilasetmə işlərində yaxından iştirak edən “Baykar” şirkəti təbii fəlakətdən əziyyət çəkən tələbələrin təhsilində problemlərin olmaması üçün yeni ianə kampaniyasına başlayıb.

Bu çərçivədə “Baykar” şirkəti 10 min ədəd planşeti Türkiyənin Milli Təhsil Nazirliyinə  təhvil verib. Sözügedən planşetlər zəlzələ bölgəsində YKS (Ali Təhsil Qurumları) və LGS (Liseylərə Keçid Sistemi) imtahanları verəcək tələbələrə paylanacaq.//Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*