backend

Zəncirvari qəza: 50 avtomobil bir-birilə toqquşdu

Rusiyanın Vladivostok şəhəri yaxınlığında magistral yolda zəncirvari qəza baş verib. Qar yağışı səbəbindən yolda 50 avtomobil sürüşərək bir-birinə dəyib.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlar ərazidə yerləşən ən yaxın xəstəxanaya göndərilib. Yaralıların həyati təhlükəsi olmadığı bildirilir.

Qəzaya səbəb iki “TIR” markalı yük maşının bir-birilə toqquşması olub. Daha sonra tıxac yaranıb.

Hadisənin baş veridiyi yolda gediş-gəliş dayandırılıb.

Hazırladı: Günel MUSEYİB 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*