“Zəngəzur məsələsi həll olunmayana qədər Cənubi Qafqazda sülh olmayacaq” – Erməni KİVbackend

“Zəngəzur məsələsi həll olunmayana qədər Cənubi Qafqazda sülh olmayacaq” - Erməni KİV

“Paşinyanın sülh və firavanlıq vədləri, şübhəsiz ki, gözəldir, bəs Ermənistan bunun üçün hansı qiyməti ödəyəcək? Bütün bunlar illüziya və boş vədlərə bənzəyir, bununla Paşinyan erməni xalqını aldatmağa çalışır. Amma hamı aydın başa düşür ki, Sünik (Zəngəzur) məsələsi həll olunmayana qədər Cənubi Qafqazda sülhün bərqərar olması ehtimalı sıfıra bərabərdir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni mediasının hazırladığı analitik materialda qeyd edilib.

Məqalədə daha sonra deyilir:

“Ermənistanda, erməni ekspert dairələrində Sünik (Zəngəzur) məsələsinin həll olunmadığı düşüncəsi var. Əgər bu məsələ həll edilməyibsə, Sünik Ermənistan deyil. Rusiya da bunu iddia edir.

Erməni politoloqlardan biri Ermənistanın Sünik üzərində yurisdiksiyanı Rusiyaya verməsini təklif edir. Bu, onun Zəngəzur məsələsini həll etmək ideyasıdır. Yəni əgər Zəngəzurda rus hakimiyyəti qurulsa, o zaman sülh mümkün olacaq.

Bu isə dolayısı yolla Ermənistanı Bakının tələblərinə uyğunlaşdırmaqdır. Əks halda dövlətimiz məhv olacaq. Belə çıxır ki, Rusiya Ermənistanı Azərbaycana təslim etmək üçün bu ölkəni xilas edir?”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*