Zəngəzurda Rusiya sərhədçilərinin olması… – Moskvabackend

Zəngəzurda Rusiya sərhədçilərinin olması... - Moskva

Rusiya Ermənistanla Azərbaycan arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılacaq nəqliyyat dəhlizi layihəsinin detallarını öyrənəcək.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev deyib.

“Cənubi Qafqazda qeyri-regional qüvvələrin bu işə cəlb edilməsi sülh gündəmini irəli aparmalı, yeni problemlər və yeni bölücü xətlər yaratmamalıdır. Eləcə də Ermənistanın Aİİ-yə üzvlüyü və Sünik (Zəngəzur) bölgəsində Rusiya sərhədçilərinin olması kimi amilləri nəzərə almaq lazımdır. Bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar hazırlanarkən bunlar nəzərə alınmalıdır”, – Fadeyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*