“Zəngilan şəhərciyi”nin sakinləri öz pulları ilə yolu təmir edirlər?backend

"Zəngilan şəhərciyi"nin sakinləri öz pulları ilə yolu təmir edirlər?

Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi”nə gedən yol bərbad vəziyyətdədir.

KONKRET.az-ın məlumatına görə, sakinlər illərdir ki, bu problemdən əziyyət çəkdiklərini deyirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həll olunmayıb.

“Yol kələ-kötürdür, maşınlarımız dağılır. Uşaqları məktəbə aparanda, işə gedib-gələrkən çox əziyyət çəkirik”, – narazı sakinlərdən biri deyib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Abşeron RİH və Masazır bələdiyyəsi tərəfindən qeyd olunan ərazidə mütəmadi olaraq cari təmir işləri aparılıb:

“Sözügedən küçənin əsaslı təmirə ehtiyacı var. Bununla bağlı aidiyyəti qurumlara müraciət olunub. Eyni zamanda Masazır bələdiyyəsinin tədbirlər planına daxil edilib. Yağışlı havalar bitdikdən sonra cari təmir işlərinə başlanılacaq”.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*