“Zəngilanda ələ keçirilmiş arxiv sənədləri əslində dünya üçün yeni terror üsulu barədə xəbərdarlıqdır”backend

"Zəngilanda ələ keçirilmiş arxiv sənədləri əslində dünya üçün yeni terror üsulu barədə xəbərdarlıqdır"

“Başqa ölkələrdən muzdlu döyüşçülərin işğal olunmuş ərazilərdə döyüşlərə cəlb olunması və qanunsuz məskunlaşdırma siyasəti aparmaq 1949-cu il Cenevrə konvensiyasının norma və prinsiplərinə ziddir”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, bu sənədlərdə Yaxın Şərq ölkələrindən Dağlıq Qarabağa gətirilmiş 60-dan çox muzdlu döyüşçünün adı, soyadı göstərilib: “Avqust ayında Livanın paytaxtı Beyrut şəhərində baş vermiş partlayışdan sui-istifadə edən Ermənistan Dağlıq Qarabağ ərazisində demoqrafik vəziyyəti düzəltmək üçün erməni ailələrini ölkəmizə gətirib. Bu da həmin konvensiyanın kobud şəkildə pozulması deməkdir. Yeri gəlmişkən, qeyd edim ki, bir neçə il öncə ATƏT-in fakt araşdırıcı komissiyaları erməni vandallarının törətdikləri cinayətlərlə  bağlı məlumatlandırılmış və yerində əyani şəkildə tanış olmuşlar. Təəssüf ki, minlərlə faktın olmasına rəğmən, beynəlxalq təşkilatlar konkret tədbir görməyib”.

Deputat söyləyib ki, bu günün reallığı ondan ibarətdir ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il ərzində işğalda qalmış rayonlarımızı azad edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrini tək başına icra etməklə beynəlxalq hüququ bərpa edir: “Müzəffər Ordumuz Erməni  qoşunlarını muzdlular qarışıq darmadağın etməklə xalqımızın qürur hissini özünə qaytarır. Qəhrəman Azərbaycan Əsgəri bütün dünya ölkələrinə səpələnmiş erməni diasporunun həyatına zəhər qatıb. İnşəAllah tezliklə müharibə yekunlaşar və dövlət olaraq humanitar hüququn bərpası üçün lazım olan bütün addımları atarıq. Cinayətkarların cəzalanmasına nail olarıq”.

Deputat Müşfiq Cəfərov deyib ki, Ermənistan ordusu Azərbaycan ərazilərini heç vaxt öz qüvvəsi ilə işğal edə bilməzdi. Tarix boyu  şahidi olmuşuq ki, düşmən ölkə həmişə havadarlarına arxayın olub və onların hesabına “Böyük Ermənistan” dövləti yaratmaq iddiasını gerçəkləşdirmək istəyib. Onlar bu yolda hansısa xarici qüvvələrin gücündən istifadə etmişlər. Ancaq qüdrətli Azərbaycan Ordusu təcavüzkarın bütün arzusunu puç etdi. Ordumuz təcavüzkarları darmadağın edib və 30 ilə yaxın davam edən yurd həsrətinə son qoyub.  Ermənistan muzdlu döyüşçüləri öz sıralarına daxil etsə də,  yenə də Azərbaycan Silahlı Qüvvələri qarşısında davam gətirə bilmədi.  Azərbaycan Ordusunun muzdlu döyüşçülərdən istifadə etməsi barədə Ermənistan tərəfindən yayılan dezinformasiya da ifşa olundu. Dövlət başçımız dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə muzdlu döyüşçülərin Azərbaycan Ordusunda deyil, Ermənistan tərəfindən vuruşduğu faktlara bildirib. Artıq dünya ictimaiyyəti erməni yalanlarına inanmamalıdır. Ermənistanın muzdlu qüvvələrdən istifadə etməsi barədə sosial şəbəkələrdə müxtəlif ölkələrdən müharibədə iştirak üçün Qarabağa gəlmiş döyüşçülərin öz dilindən xeyli informasiyalar var. “France 24”, “Reuters”, “Associated Press”, “Kommersant”, “Liberation” kimi nüfuzlu KİV-lərin bu barədə təqdim etdiyi materiallarda Ermənistan ordusunda muzdluların vuruşduğu qeyd edilir. Ermənistanın yalanlarını elə muzdlu döyüşməyə gəlmiş şəxslər özü ifşa edir. Ermənistanın Azərbaycanı Suriyadan və digər ölkələrdən muzdlu terrorçuları döyüşmək üçün Qarabağa gətirməkdə ittiham etməsində də əsas məqsədlərinin beynəlxalq ictimaiyyəti çaşdırmaqdır.  Erməni diasporunun vasitəsilə dünyanın müxtəlif ölkələrindən, Suriyada, Livandan həm erməni əsilli, həm də digər etnik mənsubiyyətləri olan xarici ölkə vətəndaşlarının Qarabağa gətirildiyi sübut olunub”.

Müşfiq Cəfərov bu günlərdə işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlandığını da qeyd edib: “Həmin materiallar təhlil olunarkən, onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Faktlar da təsdiqləyir ki, bu gün Ermənistan rəhbərliyi muzdlu döyüşçülərdən yararlanır. Azərbaycanın isə buna ehtiyacı yoxdur. Bizim Qarabağı görmədən sevən bir nəslimiz yetişib ki, hazırda onlar Qarabağ savaşında iştirak edirlər. Ordumuzun özəyini könüllü, özü döyüşmək üçün orduya yazılmış insanlar təşkil edir. Dünya Azərbaycandan vətənpərvərlik nümünəsi götürməlidir. Vətənini belə sevən ikinci bir milləti hələ heç bir bəşəri cəmiyyət yetişdirməyib! Vətənimin mərd oğulları varkən  muzdlu qüvvələrə ehtiyacımız yoxdur!”

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*