“Zəngilandan tapılan sənədlər bu ölkənin əsl simasını göstərdi” – AÇIQLAMAbackend

"Zəngilandan tapılan sənədlər bu ölkənin əsl simasını göstərdi" - AÇIQLAMA

“İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Xüsusi Xidmət orqanına məxsus binada Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin, 19 suriyalı erməni ailəsinin qanunsuz məskunlaşma prosesində Zəngilan ərazisinə köçürülməsinə dair məlumatların aşkarlanması bu ölkənin beynəlxalq hüququ kobud surətdə pozmasının növbəti bariz nümunəsidir”.

Bu fikirləri KONKRET.az-a danışan millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Ermənistan başqasının beynəlxalq hüquqla tanınmış ərazilərini işğal etməklə kifayətlənməyib əhalinin yeni etnik tərkibini formalaşdırmaq üçün oraya qanunsuz köçürmələr etməklə işğalçı və təcavüzkar mahiyyətini və gələcək məkrli niyyətini ortaya qoymuş olub:

– Bu, bir daha onu göstərir ki, Ermənistan 30 il ərzində heç bir vaxt bölgədə sülh və stabilliyin bərpasında maraqlı olmayıb, əksinə, etnik erməniləri bölgədə məskunlaşdırmaqla beynəlxalq səviyyədə cinayət hesab edilən qanunsuz məskunlaşdırma və etnik tərkibi dəyişdirmə əməlləri ilə bölgədə vəziyyəti məqsədli qəlizləşdirməyə xidmət edib. Əlbəttə, buna səssiz qalınmayacaq. Yaxın zamanlarda Ordumuz zəfər yürüşünü başa vurub Ermənistanı təslimçi sülhə məcbur etdikdən sonra bu dövlətin və ayrı-ayrı hərbi-siyasi canilərin məsuliyyət məsələsi həll edilərkən bu faktlara da mütləq hüquqi qiymət veriləcək. Yəni bu istiqamətdə dövlət müvafiq addımları atıb və atacaq da. Bundan başqa, məsələ həm də informasiya müharibəsində tərəfimizdən qabardılmalı, qeyri-dövlət təsisatları və vətəndaşlarımız tərəfindən bu faktlara maksimum istinad edilməli, Ermənistanın əsl siması dünya ictimaiyyətinə bir daha çatdırılmalıdır”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*