Zəngli saatdan asılılıq xroniki yorğunluğa səbəb olur.
KONKRET.az xəbər verir ki, həkimlərin araşdırmasına görə, zəngli saatdan həftədə iki dəfə imtina etmək lazımdır. Və yaxud yuxu normalarına düzgün riayət olunarsa, zəngli saatdan istifadə halları azalar ki, bu da xroniki asılılığı aradan qaldırar.
Çünki bu cür asılılıq orqanizmin bioloji ritmlərini pozur. Beyin nə vaxt həqiqətən “oyanıb işə düşməli olduğunu” anlamaqdan qalır. Bu da başda “duman” hissinə, diqqətin azalmasına və ruh düşkünlüyünə səbəb olur. Eləcə də uzunmüddətli perspektivdə isə daimi yorğunluq yaradır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
