Zərdabda qanunsuz ov edənlər saxlanıldıbackend

Zərdabda qanunsuz ov edənlər saxlanıldı

Polis əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 27-də Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun İsaqbağı kəndi ərazisində qanunsuz ov edən 6 nəfər saxlanılıb. Onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*