Zərərçəkmiş: “Vaqif Xaçatryanı şəxsən tanıyıram, dəfələrlə evimizdə çörək yeyib”backend

Zərərçəkmiş: "Vaqif Xaçatryanı şəxsən tanıyıram, dəfələrlə evimizdə çörək yeyib"

“Vaqif Xaçatryanı şəxsən tanıyıram”.

KONKRET.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə ifadəsində zərərçəkmiş Meşəli sakini Eldar Salmanov deyib.

O bildirib ki, Meşəliyə dekabrın 23-də 2 minlik qoşun hücum edib: “Onlar istəyirdi ki, kənddən qaçan adamları da əsr götürsünlər. Bunlar hamını öldürmək istəsəydi, öldürürərdilər. Amma bunlar bizi əsr götürmək istəyirdilər. Bunlar qadınların fəryad səsi ilə əylənib, oynayırdılar. İnsanlığa sığmayan hərəkətləri edirdilər. Bu Vaqif atam Rəfini yaxşı tanıyırdı. Vaqif, bizim evimizdə olub. Biz bunlara qonşuluq etmişik, yoldaşlıq etmişik. Heyf ki, hər şeyə tüpürdülər. Bacım, anam, atamı kənddə itirdim, özüm də ayağımdan yaralandım. Uşaq idim, 28 nəfərin meyiti gözümün qabağındadır. Bunlar qadınların döşlərini kəsirdilər. Qaragah kəndi istiqamətinə yol açılmasaydı, Meşəlidən bir nəfər sağ çıxmayacaqdı”.

O, daha sonar üzünü Vaqif Xaşatryana tutaraq “Dəfələrlə atam Rəfinin evində çörək yemisən, amma xəstələr gedən təcili yardım maşınını vurdun. Sən də, qardaşın da cinayətkarlara rəhbərlik etmisiz”, deyib.

Eldar Salmanov deyib ki, ermənilər qulaq kəsənlərə, göz çıxaranlara pul verirmişlər: “Ona görə bunlar ölənlərin meyitlərinə işgəncə verirdilər. Vaqif ən qatı türk düşmənidir. Ömürlük azdır, bunu güllələmək lazımdır”.

Vaqif Xaçatryan isə həmin hadisələr zamanı Meşəlidə olmadığını bildirib, deyilənləri qəbul etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*