“Zirə” “Qəbələ”yə, “Neftçi” “Sumqayıt”a qarşıbackend

“Zirə” “Qəbələ”yə, “Neftçi” “Sumqayıt”a qarşı

Azərbaycan Premyer Liqasında 21-ci tur davam edir.

KONKRET.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Zirə” evdə “Qəbələ”ni qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Günün digər oyununda “Neftçi” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq. Bu matç isə saat 18:30-da start götürəcək.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

5 fevral (bazar)

16:00. “Zirə” – “Qəbələ”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov

Zirə İdman Kompleksinin stadionu

18:30. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov

“Bakcell Arena”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*