“Zod”un bağlanması min nəfərdən çox insanı işsiz qoyacaq” – Erməni mediasıbackend

"Zod"un bağlanması min nəfərdən çox insanı işsiz qoyacaq" - Erməni mediası

“Zod”un bağlanması min nəfərdən çox insanı işsiz qoyacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Zod” mədəninin bağlanması 400 işçinin yarıdan çoxunun ixtisar olunacağı “Geopproning” şirkətinə məxsus Ararat qızıl mədən kombinatına da mənfi təsir edib. Öyrəndik ki, artıq işçilərə iyunun 15-dən işləməyəcəkləri barədə xəbərdarlıq edilib.

Zavodun əməkdaşlarından biri bizimlə söhbətində bildirdi ki, rəhbərlik buna səbəb kimi istehsal həcmlərində azalma olduğunu, ümumiyyətlə zavoddan nə gözləndiyi bilinmir.

“Zod” açıq mədəni iki aya yaxındır işləmədiyindən proses zəncirvari reaksiya ilə şirkətin digər təşkilatlarına və xidmət təminatçılarına, təchizatçılarına da sirayət edib. Bu o deməkdir ki, “Zod”dakı 800-ə yaxın işçi ilə yanaşı, 200-dən çox işçi Araratda işsizlər ordusunu tamamlayacaq”, – deyə media yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*