Zöhrab Mnatsakanyan: “Stanislav Zasın bölgəyə göndərilməsi qərarı “boş qərardır”backend

Zöhrab Mnatsakanyan: "Stanislav Zasın bölgəyə göndərilməsi qərarı “boş qərardır”

Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan KTMT-nin dünənki növbədənkənar iclasının nəticəsini səthi hesab edir: “Baxmayaraq ki, burada təəccüblü heç nə yoxdur”.

Onun sözlərinə görə, KTMT baş katibinin regiona göndərilməsi qərarı “boş qərardır” və məqsədi Ermənistana qarşı başlanmış təcavüz şəraitində kollektiv məsuliyyətdən yayınmaqdır.

KONKRET.az xəbər verir ki, o daha sonra fikirlərini belə şərh edib:

“Obyektiv məlumatların əldə edilməsi zərurəti, çünki hər iki tərəfdən ziddiyyətli məlumatlar gəlir”, “sərhədin hansısa pozuntusundan danışmaq çətindir”, “sərhəd delimitasiyası, demarkasiyası” ilə bağlı əlavə şərhlər KTMT-nin mənasızlığını xarakterizə edir…”, – deyə Ermənistanın keçmiş xarici işlər nazirinə mikrobloqunda yazıb.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə KTMT-nin qapalı videokonfrans rejimində növbədənkənar sessiyası keçirilib.

İclası zamanı KTMT-nin Baş katibi Stanislav Zasın başçılığı ilə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov və tərəflərin nümayəndələrinin iştirakı ilə KTMT missiyasının Ermənistana göndərilməsi barədə razılıq əldə olunub. KTMT-yə üzv dövlətlər mövcud vəziyyəti qiymətləndirmək, Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında (bu ilin payızında İrəvanda keçirilməsi planlaşdırılır) regiondakı vəziyyət və münaqişənin inkişafı ilə bağlı dövlət başçılarına ətraflı məruzə hazırlayacaqlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*