Zöhrə Abdullayeva harada dəfn olunacaq? – RƏSMİ AÇIQLAMA – YENİLƏNİBbackend

Zöhrə Abdullayeva harada dəfn olunacaq? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Əməkdar artisti Zöhrə Abdulla qızı Abdullayeva Xırdalan şəhər qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Bununla bağlı KONKRET.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Nazirliyin rəhbərliyi və kollektivi Əməkdar artist Zöhrə Abdullayevanın vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, Zöhrə Abdullayeva 2021-ci ilin 28 may tarixində 68 yaşında vəfat edib.

***

 12:12
Müğənni, Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov məlumat yayıb.

Məlumata görə, sklerodermiya xəstəliyindən əziyyət çəkən Z.Abdullayeva 68 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Əvvəl “Lalə qızlar anasmblının”, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib. Dünyanın otuz ölkəsində Azərbaycan musiqisin tərənnüm edib.

O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*