Gürcüstan Prezidenti Salome Zurabişvili sabah parlament seçkilərinin nəticələrinə yenidən baxılması və təkrar seçki keçirilməsi tələbi ilə ölkənin Konstitusiya Məhkəməsinə müraciət edəcək.
KONKRET.az xəbər verir ki, bu haqda Zurabişvili açıqlama verib.
“Bunu Konstitusiya Məhkəməsinə inandığım üçün yox, vicdanım üçün istəyirəm. Arzulayıram ki, heç olmasa, bu ölkədə ədalətli hakimlərin olduğunu göstərsinlər”, – Gürcüstan lideri bildirib.
Qeyd edək ki, Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası qalib gəlib.
Bunun ardınca ölkədə seçkinin nəticələri ilə razılaşmayan vətəndaşlar etiraz aksiyasına başlayıblar.//Qafqazinfo