11 aylıq körpə kokaindən zəhərləndibackend

11 aylıq körpə kokaindən zəhərləndi

Hadisə Fransanın Perpinyan kommunasında baş verib.

KONKRET.az-ın xəbərinə görə, gənc ana sakitləşmək bilməyən uşağını həkimə gətirib.

Həkimlər analiz nəticəsində ağrının səbəbinin narkotik maddə olduğunu sübut ediblər. Hadisə ilə əlaqədar polisə məlumat verildikdən sonra ailənin yaşadığı evdə axtarış aparılaraq 1 kiloqram kokain tapılıb.

22 yaşlı qadın evdə narkotik vasitənin saxlandığını bilmədiyini deyib. Onun narkotik vasitələri satdığı üçün azadlıqdan məhrum edilmiş əri həbsdən təzə çıxıbmış. Körpə iməkləyərək təsadüfən tapdığı narkotik vasitəni ağzına qoyub və halı pisləşib.

Məhkəmənin qərarı ilə ata barədə həbs qətimkan tədbiri seçilib, uşaq isə valideynlərindən alınaraq sığınacağa yerləşdirilib.

  • Samir
    Noyabr 30, 2021 - 08:55

    Kasıb yeyib içəndə deyirlər alkaşdı, varlı yeyib içəndə deyirlər yeyib içən adamdır. Kasıb hadisə tprədən kimi dərhal başının üstün kəsib gecəynən növbətçi məhkəmə ilə həps edirlər, amma varlı, məmur hadisə törədəndə heçnə etmirlər. Bir iki nəfər ətrafın tutirlar, hər şeyi atırlar boynuna vəssalam. Bizdə Ədalət anlayışı budu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*