11 minə yaxın insan axtarışdadırbackend

11 minə yaxın insan axtarışdadır

Qazaxıstanda 10,7 min nəfər axtarışdadır. Onlardan 2,1 min nəfər itkin düşmüş hesab edilir.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Baş Prokurorluğun Hüquqi Statistika və Xüsusi Qeydiyyat Komitəsinin məlumatına görə, hazırda 10 748 nəfər axtarışdadır, onlardan 2 176 nəfər itkin düşüb”, – məlumatda qeyd olunub.

İtkin düşmüş şəxslərin çoxu Almatı şəhərində qeydiyyatdadır – 287 nəfər.

“Ən çox 30-49 yaş arasında olan kişilər (77 %) müxtəlif şəraitdə itkin düşüb. 1 634 nəfər evdən çıxıb geri qayıtmayıb, 74 nəfər nəqliyyat vasitəsi ilə itkin düşüb, 36 nəfər isə işdən çıxıb”, – qurum açıqlayıb.

Bundan başqa, Mərkəzi Asiya ölkəsində istintaqdan və məhkəmədən yayınan 2 372 nəfərin axtarışı davam etdirilir. Üstəlik, onların 89 %-i 31-40 yaş arası kişilər təşkil edir. Ən çox dələduzluq (510), oğurluq (318) və adamöldürmə (146) maddəsi ilə axtarışda olanlar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*