İtaliya özünü “qırmızı zona” elan etdibackend

İtaliya özünü “qırmızı zona” elan etdi

İtaliya koronavirusa görə özünü “qırmızı zona” elan edib.

KONKRET.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Baş nazir Cuzeppe Konte məlumat verib.

Ölkə 24 dekabr – 6 yanvar tarixləri arasında ümumxalq karantininə girir.

Kontenin sözlərinə görə, vətəndaşların evlərindən zəruri olmadığı halda çıxması qadağan ediləcək. Eyni zamanda, regiondan regiona getmək də qadağandır. Ərzaq mağazaları istisna olmaqla, bütün mağazalar bağlanacaq.

Bərbərxanalar açıq qalacaq, iaşə müəssisələri isə çatdırılma rejimində işləyə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*