İctimai nəqliyyatdan istifadə edənlər oxusun: Gələn il avtobuslarda gediş haqqları belə hesablanacaqbackend

İctimai nəqliyyatdan istifadə edənlər oxusun: Gələn il avtobuslarda gediş haqqları belə hesablanacaq

Azərbaycanda ictimai nəqliyyatda 2026-cı ildən yeni model tətbiq olunacaq. Maraqlıdır, tətbiq ediləcək məsafə əsaslı model sərnişinlər üçün gedişhaqqının artmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu sistemin tam tətbiqi müəyyən vaxt aparacaq:

Yasin Mustafayev: Geniş ərazilərdə volosiped və parkinq zolaqlarının  çəkilməsinə cəhd olunur

“Çünki sistemi qurmaq üçün avadanlıqlar lazımdır. Əgər həm metroda, həm də avtobusda məsafəyə görə ödəniş olarsa, sərnişin həm girişdə, həm də çıxışda kartını oxutmalıdır. Getdiyi məsafə avtomatik müəyyən ediləcək və kartından müvafiq məbləğ tutulacaq”.

Ekspertin sözlərinə görə, hazırkı tarif sistemi ədalətli deyil:

“İndi bir və yaxud 10 dayanacaq gedən sərnişin eyni pulu ödəyir. Hətta avtobusun başlanğıc dayanacağında minən və son dayanacaqda düşən sərnişin də eyni məbləğ verir. Bu isə ədalətsiz bir ödəmə modelidir”.

Yasin Mustafayev əlavə edib ki, məsafə əsaslı modelin tətbiqi nəticəsində, az yol gedən sərnişinlər daha aşağı, uzaq məsafəyə gedənlər isə daha yüksək məbləğ ödəyəcək. Bu səbəbdən indiki qiymətlərlə müqayisə aparmaq doğru olmaz.

Aynurə İsmayıl

KONKRET.az

  • sherif
    Sentyabr 24, 2025 - 12:50

    Hərləyib, flrlayıb qiyməti qaldıracaqsınız, allah bəlanızı versin, yalandan nağıl danışırsınız

  • K&S
    Sentyabr 26, 2025 - 23:10

    80 manat alanlara salam olsun.

  • Konul
    Sentyabr 27, 2025 - 13:40

    Gozunuzu torpaqda doydurmaz ne maas nede pensiya qalxizmirsiz ancaq onu bunu yedirirsiz haraminiz olsun Allah belanizi versin😡😡😡😡😡

    • Meherrem
      Sentyabr 28, 2025 - 06:25

      Belə şeyimi oalr rayonlarda marşrut birkartla və yaxud maaş kartı ilə istənilən kart kecir bakida amma yox karta pul vurmaq ucun zulum qalmir cəkirk zəhmət olmasa bu işə ciddi baxiısi. Rayonlarda olduğu kimi istənilən kartla ödəniş edə bilək bakida da

  • Balaaga
    Sentyabr 28, 2025 - 14:29

    İki ildir mən bu məsələni sizin nərinizə çatdırıram,indi ayılmısınız?

  • Nazimim
    Sentyabr 28, 2025 - 14:45

    o zaman ilk dayanacaq 0.50₼-dan başlayacaq, elə olsa nəyə lazımdır

  • Novruz
    Sentyabr 28, 2025 - 18:50

    Got yığını onsuzda qiymət qalxacaq xalqi soymağın yeni yolunu tapmısız

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*