Antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazilərində tarixi hadisələr yaşanır.
KONKRET.az xəbər verir ki, separatçıların təslim olmasından indiyə qədər (20 sentyabr – 2 oktyabr) cəmi 12 gün keçməsinə baxmayaraq, artıq bölgənin təmizlənməsi və mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi işlər görülüb.
Onların bir neçəsini təqdim edirik:
1. Ermənistan ordusunun ərazimizdə qalan birləşmələrinin tərki-silah edilərək, bölgədən çıxarılması, eləcə də qanunsuz silahlı dəstələrin təslim edilməsi prosesi davam edir;
2. Separatçı rejim rəsmi olaraq özünü buraxıb;
3. Xankəndidə separatçıların əski parçası yığışdırılıb;
4. Azərbaycan polisi şəhərdə fəaliyyətə başlayıb: qeyri-rəsmi məlumatlara görə, polisimiz keçmiş separatçı rejimin qondarma “daxili işlər nazirliyinin” binasında işləyir;
5. Şəhərdə poliklinika qurulub, təcili tibbi xidmətin işi təşkil edilib;
6. Xankəndinin elektrik enerjisi Azərbaycanın elektrik enerjisinə qoşulub: mobil operatorlar fəaliyyətə başlayıb, TV və radio yayımının təşkili planlaşdırılır;
7. Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhərdə erməni sakinlərin qeydiyyatını yerində aparır;
8. Erməni terrorçuların həbs edilməsi və qanun qarşısına çıxarılması prosesi davam edir: Ruben Vardanyan, David Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan artıq barmaqlıqlar arasındadır;
9. Və ən əsası artıq Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonu və Xankəndidə Azərbaycanın suverenliyi bərpa edildi: hazırda mərkəzi hakimiyyətin bərpası prosesi istiqamətində intensiv işlər həyata keçirilir;