İsrail Təcili Tibbi Yardım Xidməti (Magen David Adom) 12 gün davam edən İranla silahlı qarşıdurmanın nəticələrini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Rəsmi məlumatlara görə, qarşıdurma zamanı 28 israilli həyatını itirib, 1300-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə zamanı yaralananlar arasında mülki şəxslərin və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının olduğu bildirilir. Münaqişə bölgələrində tibbi resurslar səfərbər olunub, fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir.
Natiq Səlim,
KONKRET.az