Pensiyaçılar üçün 245 manat, uşaqlar 260… – QANUN QƏBUL EDİLDİbackend

Pensiyaçılar üçün 245 manat, uşaqlar 260... - QANUN QƏBUL EDİLDİ

Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrini ikinci oxunuşda qəbul edib.

KONKRET.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə zamanı bildirilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.

Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.

  • Pərvane
    Dekabr 3, 2025 - 20:17

    Uşaq pul bərpa olsun çox xayşim var dolanmaq çətindi

  • Kemalə
    Dekabr 4, 2025 - 11:25

    Bəli, əhali cox acinacaqli vəziyyətdədi, boşanmalarin əsas səbəblərindən biri də elə minimum əmək haqqinin cox aşagi olmasi və uşaq pulunun verilməməsidir. Uşaq pulu verilməyən dovlətdə butun ictimai nəqliyyat, metrolarda 6 yaşdan yuxarı usaqlara ödəniş tələb olunur. Məgər uşaq 6 yaşdan sonra işləyir ki, və ya dovlət uşaq pulu verir ki? Uenə guc duşur valideynə. Valideyn ailə saxlasin kommunal versin yoxsa uşagin gediş haqqini da tələb edirlər. Uşaq pulu verilsə cox yaxşi olardi. Bu bəzi məmurlara sərf eləmir onlara nə var ki uşaqlari ən bahali yerdən geyinir, yeyir gəzir ictimai nəqliyyatdan hec istifadə də etmir oz şəxsi surucusu

  • Musviq
    Dekabr 4, 2025 - 12:39

    Usaq pulu verikirki berpada olunsun

    • Ulvi
      Dekabr 4, 2025 - 23:18

      3 usagim var dolanmag cox cetindi usag pulu verilse yaxsi olar

    • Camal
      Dekabr 5, 2025 - 07:12

      Usag pulu verilsin

  • GARACHANTA
    Dekabr 6, 2025 - 23:22

    qonşu ölkədə 2026-cı ilin yanvarından hər doğulan uşağa 2100 manat (birdəfəlik) həmin uşağa o 6 yaşa çatana qədər hər ay 220manat verilməsi nəzərdə tutulub…bu doğru olarsa biz biabır olarıq

  • Elgun
    Dekabr 7, 2025 - 21:07

    Verilməlidir usaq pulu werefsızler verınde uwaq pulun

  • Elgun
    Dekabr 7, 2025 - 21:09

    Verilməlidir usaq pulu verınde uwaq pulun

    • Yusif
      Dekabr 9, 2025 - 13:41

      Uşaq pulu

  • Bənövşə
    Dekabr 14, 2025 - 07:41

    Bəli uşaq pulu verilsin, həqiqətən çox çətindir, qış girib üç uşağın qış geyimini ala bilməmişəm əmək hakkı çatmır evin kamunali praduktu, çox danışmaq olar üçdə oğlandı Əsgər yaşları çatanda necə böyüdüyü maraqlı olmayacaq heç kimə. Uşaq pulu verilsin hər uşağın öz puluna heç olmasa əyin baş alsaq valideyinlərə rahat olar. İnanıramki dövlət başçımızın nəzərində var, ümid edirəm ki bu il uşaq pulu veriləcək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*