15 manata görə tanışını bıçaqladı – 7 il həbs edildibackend

15 manata görə tanışını bıçaqladı - 7 il həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayan şəxsin məhkəmə prosesi başa çatıb.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, 3 mart 2022-ci il tarixində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində Rasim Məmmədov (soyadlar şərtidir) tanışı Taleh Əliyevi bıçaqlayıb. O məhkəmədə verdiyi ifadəsində hadisəni törətməsinin səbəbini açıqlayıb:

“Talehi hadisədən 4-5 ay əvvəl tanımışam. Məndən 15 manat borc pul istədi. Mən isə ona sabah qaytarması şərti ilə pulu vedim. Ertəsi gün Taleh zənglərimə cavab vermədi və 15 manatı qaytarmadı. Buna görə onunla aramda mübahisə oldu. Taleh mənə söyüş söydü. Mən isə onu bıçaqla vurdum. Törətdiyim əməldən peşmanam”, – deyə R.Məmmədov  bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə təqsirli bilinən R.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*