1500 manata görə adam öldürən ata və oğula ağır cəza verildibackend

1500 manata görə adam öldürən ata və oğula ağır cəza verildi

Ötən ilin fevralın 5-də itkin düşmüş, sonradan isə qətlə yetirildiyi məlum olan Saatlı rayon Şirinbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.

KONKRET.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 45 yaşlı Elşad Abbasov və onun 20 yaşlı oğlu Elçin Abbasova hökm oxunub.

Hökmə əsasən, ata 18 il 6 ay, oğlu isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ata-bala rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürüb, daha sonra hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atıblar.

Cinayətkarlar Mirhəsən Seyidovu öldürdükdən sonra onun cibindən 1500 manat pulu quldurduq yolu ilə ələ keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*