17 yaşlı hücumçu Pelenin Braziliya millisindəki rekordunu QIRDIbackend

17 yaşlı hücumçu Pelenin Braziliya millisindəki rekordunu QIRDI

Əfsanəvi futbolçu Pelenin Braziliya millisindəki rekordu qırılıb.

KONKRET.az “Ok Diario” nəşrinə istinadən xəbər verir ki, yığmanın 17 yaşlı hücumçusu Endrik buna nail olub.

Forvard İspaniya (3:3) və İngiltərə (1:0) ilə yoldaşlıq matçlarında sonradan meydana çıxaraq fərqlənib. Ümumilikdə millidə iki qola imza atan oyunçu bunu meydanda olduğu 49 dəqiqədə bacarıb.

Pele Braziliya komandasında iki qolu 54 dəqiqəyə vurmuşdu.

Qeyd edək ki, hazırda “Palmeyras”da çıxış edən Endrik yayda İspaniyanın “Real” klubuna keçəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*