20 minlik yeni ordu yaradıldı: Türk silahlı qüvvələri ilə birlikdə… – ŞOK GƏLİŞMƏbackend

20 minlik yeni ordu yaradıldı: Türk silahlı qüvvələri ilə birlikdə... - ŞOK GƏLİŞMƏ

Suriyanın şimalında Suriya Milli Ordusunun (SMO) çətiri altında fəaliyyət göstərən 5 hərbi qrup Bəşər Əsəd rejiminə qarşı Suriya Qurtuluş Cəbhəsi adı altında birləşib.

KONKRET.az xəbər verir ki, birliyə “Həmzə”, “Mütəsim”, “Sultan Süleyman Şah”, “20-ci” və “Şimal şahinləri” briqadaları daxildir.

Birləşmiş hərbi qruplaşmalar terrordan təmizlənmiş Fərat Qalxanı, Zeytun Budağı və Sülh Çeşməsi bölgələrində Türkiyə Silahlı Qüvvələri ilə mübarizələrini davam etdirəcəklər.

Suriya Azadlıq Cəbhəsinin təxminən 20 minlik hərbi qüvvəsi olacaq.

Məsələ ilə əlaqədar keçirilmiş görüşə Suriya müvəqqəti hökumətinin müdafiə nazirinin müavini general-mayor Həsən Həmmad, korpus komandirləri və bölgənin tanınmış simaları qatılıb.

Suriya Azadlıq Cəbhəsinin baş komandanı Mütasim Abbas seçilib./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*