2016-cı ildə Aprel döyüşləri niyə dayandırıldı? – Elmar Məmmədyarov sirləri açdıbackend

2016-cı ildə Aprel döyüşləri niyə dayandırıldı? – Elmar Məmmədyarov sirləri açdı

2016-cı ildə kəndləri azad edəndə bizə qarşı təzyiqlər artdı. Gecə-gündüz zəng edirdilər ki, “götürdüyünüz torpaqları qaytarın”.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-də yayımlanan “Təmas xətti” sənədli filmində danışıb.

O qeyd edib ki, sosial şəbəkələrdə “Vur, komandir, vur” şüarı ilə tanına əməliyyat həm də bir güc göstərisi idi.

“Hamısı yoxlama idi. Helikopterin vurulması da. Biz güc göstərməli idik. Necə ki Mübariz İbrahimov getdi, təkbaşına neçə ermənini öldürdü. Buna hərbi dildə “döyüşü kəşfiyyatla yoxlamaq” deyirlər. 2016-cı ildə biz kəndləri götürdük və bizə qarşı təzyiqlər başladı. Gecə-gündüz zəng edirdilər ki, götürdüyünüz torpaqları ermənilərə qaytarın. Onlar deyirdilər “siz döyüşlərə başlaya bilməzsiniz, əgər hansısa torpağı azad etmisinizsə, onu gərək qaytarasınız”. Ən böyük təzyiq amerikanlılardan gəlirdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*