Yaşa görə pensiya alanlara MÜJDƏbackend

Yaşa görə pensiya alanlara MÜJDƏ

Azərbaycan sosial dövlətdir, daxili siyasətdə sosial məsələlər hər zaman prioritetdir və sosial məsələlər həmişə Prezidentin diqqət mərkəzində olub.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, 2019-cu ildən başlayaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib:

“Bu paketlər hər il 4 milyon vətəndaşın sosial durumunun yaxşılaşmasına xidmət edir. Ölkəmizin 2025-ci ildə əldə etdiyi iqtisadi uğurlar 2026-cı il büdcəsində sosial xərclərin artımına səbəb olub. DSMF-nin 2026-cı il üçün gəlirləri cari illə müqayisədə 9,3% çoxdur. Gələn il DSMF-nin xərcləri cari illə müqayisədə 10,5% çox olacaq. 2019-cu ildən əmək pensiyasının minimum məbləği ölkə üzrə yaşayış minimumunu üstələyib. Bu meyil gələn il də davam edəcək. Əmək pensiyalarının orta aylıq məbləği 2026-ci ildə 590 manat olacaq. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır”.

  • Rüstəm Məmmədov
    Noyabr 5, 2025 - 16:57

    Pensiya sistemində köklü dəyişikliklər edilməsinə ehtiyac vardır. Hal-hazırda bu sahədə sosial ədalət prinsipi ciddi şəkildə pozulur. 50 ildən çox iş stajı olan vətəndaşların əksəriyyəti minimum pensiya alır. Bəzi pensiyaçılar isə az stajla 3-4 dəfə onlarda çox pensiya alır.

  • Abbas
    Noyabr 6, 2025 - 09:47

    Yaşa görə pensiya alanlara müjdə başlığından nə başa qəşək? 629 manat orta pensiyanın əksəriyətə nə dəxli. Yaxşı halda 30-40 manat artacaq ki bu da inflyasiyanın 20 faizini ödəməyəcək.

  • Sahib
    Noyabr 7, 2025 - 10:05

    Ünvanınızı göndərin müjdənizə görə sizə muştuluq verək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*