2025-ci ildə bu simaları itirdik – SİYAHIbackend

2025-ci ildə bu simaları itirdik - SİYAHI

Başa vurmaqda olduğumuz 2025-ci il bəzi sənət adamları, tanınmışların itkisi ilə də yadda qalıb.

KONKRET.az 2025-cü ildə itirdiyimiz tanınmış incəsənət, ictimai-siyasi xadim, jurnalist və ədəbiyyat adamlarının siyahısını təqdim edir:

– Tanınmış aktyor Azər Baxşəliyev – 5 yanvar, böyrək çatışmazlığı, 39 yaşında;

– Aktrisa və müğənni Çimnaz Sultanova – 15 yanvar, xərçəng xəstəliyi, 45 yaşında;

– Tanınmış iş adamı, “Azərsun Holdinq”in prezidenti Abdolbari Gözəl – 18 yanvar, 75 yaşında;

– Əməkdar artist, aktyor Mövsüm Hüseynov – 20 yanvar, 66 yaşında;

– Azərbaycan dövlət və ictimai-siyasi xadimi, Ədalət Partiyasının sədri İlyas İsmayılov – 17 fevral, insult, 86 yaşında;

– Professor Nizaməddin Şəmsizadə – 24 fevral, orqan çatışmazlığı, 70 yaşında;

– Fəlsəfə elmləri doktoru Niyazi Mehdi – 28 fevral, ürək xəstəliyi, 74 yaşında;

– SSRİ xalq artisti, balet ustası Tamilla Şirəliyeva – 12 mart, 79 yaşında;

– Azərbaycanın xalq artisti Ənvər Həsənov – 16 mart, insult, 75 yaşında;

– Şair, tərçüməci və jurnalist Valeh Məhərrəmli – 2 aprel, uzun sürən xəstəlik, 73 yaşında;

– Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev – 28 aprel, 66 yaşında;

– Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, şair-publisist Ramiz Məlikov (Duyğun) – 19 iyun, 87 yaşında;

– Jurnalist, yazıçı Ağaddin Babayev – 21 iyun, 69 yaşında;

– Bəstəkar Ruslan Əhmədoğlu – 6 iyul, 46 yaşında;

– Şair Həsən Kür – 7 iyul, beyin qanaması, 29 yaşında;

– Sabiq deputat, Azərbaycanın Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı – 24 iyul, parkinson xəstəliyi, 82 yaşında;

– Xanəndə Arif Babayev – 1 avqust, ürək çatışmazlığı, 87 yaşında;

– Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva – 2 avqust, 62 yaşında;

– Xalq yazıçısı Elçin Əfəndiyev – 3 avqust, 82 yaşında;

– Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə – 6 avqust, 91 yaşında;

– Şair Kəramət Şükürov – 13 avqust, ürək tutması, 67 yaşında;

– Yazıçı Vidadi Babanlı – 16 avqust, 98 yaşında;

– Şair Məmməd İsmayıl – 19 avqust, ağciyər xərçəngi, 85 yaşında;

– Şair İsa Cavadoğlu (İsayev) – 30 avqust, 94 yaşında;

– Xalq rəssamı Nazim Bəykişiyev – 8 sentyabr, ağciyər xərçəngi, 77 yaşında;

– Xalq artisti Hacı Murad Yagizarov – 13 sentyabr, 86 yaşında;

– Jurnalist, politoloq Rasim Ağayev – 14 sentyabr, 85 yaşında;

– Hərbi jurnalist Şəmistan Nəzirli – 20 sentyabr, 83 yaşında;

– Əfsanəvi kəşfiyyatçı, “Gizir Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədov – 23 sentyabr, minaya düşüb, 54 yaşında;

– Əməkdar artist Cabir İmanov – 29 sentyabr, ürək tutması, 49 yaşında;

– Sabiq səhiyyə naziri Oktay Şirəliyev – 3 oktyabr, 75 yaşında;

– Xalq artisti Əminə Yusifqızı – 9 oktyabr, 89 yaşında;

– Şair Əlisəmid Kür – 13 oktyabr, böyrək və qaraciyər çatışmazlığı, 71 yaşında;

– Xalq artisti, tarzən Ramiz Quliyev – 15 oktyabr, böyrək çatışmazlığı, 78 yaşında;

– Əməkdar artist Rəşad Bəxtiyarov – 16 oktyabr, 46 yaşında;

– İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın əməkdar artisti Mais Nuriyev – 25 oktyabr, 68 yaşında;

– Əməkdar artist Vahid Əliyev – 6 noyabr, ürək xəstəliyi, 73 yaşında;

– Aktyor, əməkdar artist Yadigar Muradov – 18 noyabr, xərçəng xəstəliyi, 66 yaşında;

– Xalq artisti, rəqqasə Roza Cəlilova – 19 noyabr, 96 yaşında;

– Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli – 21 noyabr, yanğın, 48 yaşında;

– Şair, qəzəlxan Arif Buzovnalı (Əliyev) – 22 noyabr, 53 yaşında;

– Güney Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Məhəmməd Hüseyn Dehqan – 22 noyabr, 91 yaşında;

– Meyxanaçı Ağakərim (Kərim Novruzov) – 19 dekabr, insult, 61 yaşında.

(axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*