ABŞ Prezidenti Donald Tramp Qətərə rəsmi səfərə gedib. O, son 22 ildə Qətəri ziyarət edən ilk amerikalı prezident olub.
KONKRET.az xəbər verir ki, Trampı Doha hava limanında Qətər əmiri Təmim bin Həməd Al Tani qarşılayıb.
Səfər çərçivəsində əsas müzakirə mövzularının Qəzza zolağındakı vəziyyət və HƏMAS ilə İsrail arasında aparılan danışıqlar olacağı gözlənilir. Qətər bu danışıqlarda əsas vasitəçilərdən biri hesab olunur.
Natiq Səlim,
KONKRET.az