Azərbaycanda 2025-ci ildə elmi dərəcələrin verilməsi və imtina qərarlarına dair statistika açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.
Məlumata əsasən, ötən il 474 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 284 nəfərin müraciətinə isə imtina olunub. Elmlər doktoru dərəcəsi 82 nəfərə təqdim edilib, 37 müraciət isə müsbət cavab almayıb.
Ümumilikdə, 2025-ci ildə elmi dərəcələr üzrə 321 imtina qərarı qeydə alınıb.
