38 toyda 16 nəfər cərimələndi – STATİSTİKAbackend

38 toyda 16 nəfər cərimələndi - STATİSTİKA

Avqustun 21 və 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 38 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, monitorinq 24 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*