4 hərbçi güllələndi, biri öldü – Ermənistan ordusunda şok ZORLAMA QALMAQALIbackend

4 hərbçi güllələndi, biri öldü - Ermənistan ordusunda şok ZORLAMA QALMAQALI

Artıq dünəndən Ermənistan Müdafiə Nazirliyi cəbhədə atışma görüntüsü yaratmaqla məşğuldur. Ermənistan Müdafiə Nazirliyi cəbhədə yerləşən erməni ordusunda baş verən biabırçı insdentə don geyindirməklə məşğuldur.

KONKRET.az xəbər verir ki, dünən erməni ordusunda silahlı insdent baş verib.

Atışma nəticəsində 3 hərbçi ağır yaralanıb,19 yaşlı hərbi qulluqçu Suren Səfəryan isə ölüb. Baş verən hadisəni zorlama olduğunu isə erməni hərbi ekspert Geqam Sarkisyan təsdiqləyib. Hərbi ekspert bildirib ki, könüllülər gənc əsgərlərə cinsi zorakılıq edib.

“Məhz bu qalmaqaldan sonra 19 yaşlı hərbi qulluqçu Suren Səfəryan silaha əl atıb və 3 könüllünü güllələyib.Suren Səfəryanı güllələyən isə öz komandiridir. “-deyə Geqam Sarkisyan bildirib./alp.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*