2025-ci ilin 10 ayında böyrək üzrə 80-ə, qaraciyər üzrə 50-yə, sümük iliyi üzrə 30-a yaxın transplantasiya əməliyyatı icra edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi məlumat yayıb.
Mərkəz, həmçinin transplantasiya növbəsində dünyasını dəyişən xəstələrin sayını açıqlayıb:
“Təəssüf ki, son illərdə təqribən 30-a yaxın qaraciyər, 10-dan çox isə böyrək transplantasiyası üçün namizəd olan xəstə müxtəlif səbəblərdən əməliyyat vaxtına çatmadan vəfat edib. Bu fakt insanların donorluğa könüllü razılıq verməsinin və ölkədə donor sayının artmasının nə qədər vacib olduğunu bir daha göstərir. Çünki hər donorun qərarı bir neçə insana yeni həyat bəxş edə bilər”.
