44 yaşlı supermodel Adriana Lima yenidən podyumlara qayıdır.
KONKRET.az xəbər verir ki, əfsanəvi “Victoria’s Secret” mələyi sosial şəbəkədə video paylaşaraq oktyabrın 16-da keçiriləcək 2025 Victoria’s Secret Fashion Show-a hazırlaşdığını bildirib.
Qeyd edək ki, modelin yanaqlarında və çənə xəttində əhəmiyyətli dərəcədə incəlmə müşahidə olunub və bu dəyişikliyin bişektomiya (üzdəki piylərin çıxarılması) vasitəsilə əldə edildiyi irəli sürülüb.
Dəniz Pənahova
KONKRET.az