Pensiya 3 dəfə artdıbackend

Pensiya 3 dəfə artdı

Ölkəmizdə orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox yüksəlib.

KONKRET.az olkeaz-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov QDİƏT PA Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında bildirib.

Ziyafət Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. O vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, təkbaşına öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad edərək tarixi ədaləti bərpa edib.

Vitse-spiker qeyd edib ki, hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bərpa quruculuq işləri, o cümlədən regional əməkdaşlığa xidmət edən infrastruktur layihələri, xüsusən də nəqliyyat layihələri həyata keçirilməkdədir. “Zəngəzur dəhlizi istiqamətdə mühüm işlər görülməkdədir”, – o vurğulayıb.

  • Məmmədova
    Oktyabr 8, 2025 - 12:33

    Vallah, pensiya artımına inanmıram, hər il deyilir,çox artsa 8-10% artar

  • Samir
    Oktyabr 8, 2025 - 19:48

    Bu veteranliq Allah qoysa ne vaxt artacaq ????

  • Ramiz
    Oktyabr 9, 2025 - 12:58

    Yalan reqemlere uymayin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*