“NATO Ukraynaya qoşun yeritməyə meyllidir” – NYTbackend

"NATO Ukraynaya qoşun yeritməyə meyllidir" - NYT

“Rusiya qoşunları irəlilədikcə, NATO Ukraynaya qoşun yeritmək qərarına yaxınlaşır”.

KONKRET.az xəbər verir ki, bu barədə The New York Times yazır.

Nəşr mənbələrə istinadən iddia edir ki, Amerika rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər hazır olmadığını etiraf edir və bu yay gözlənilən Rusiya hücumunu dəf etmək üçün onların daha yaxşı və daha sürətli təlimə ehtiyacı olduğuna inanır.

Hazırda Ukrayna hərbçiləri Avropada təlim keçirlər. Təlimin Ukraynaya köçürülməsi, hərbçilərə cəbhə xəttindəki yeniliklər haqqında tez məlumat toplamağa imkan verəcək ki, bu da onlara təlim proqramını erkən mənimsəməyə şərait yaradacaq.

Nəşrin bəzi həmsöhbətləri deyirlər ki, çoxlu sayda ukraynalı yeniyetmə Almaniya və Polşadakı təlim poliqonlarına göndərilə bilər. Bununla belə, onlar etiraf edirlər ki, sözügedən  prosesin maddi-texniki bazası çox mürəkkəbdir. Belə ki, işə qəbul olunanlar ABŞ Ordusunun Almaniyanın Qrafenvohr şəhərindəki təlim poliqonlarına aparılmalı, orada müasir silahlarla müharibə aparmağı öyrənmək üçün hazırlanmış kompleks manevrlər təşkil edilməlidir və sonra Lvov və Kiyev vasitəsilə yenidən Ukraynaya, döyüş bölgəsinə daşınmalıdır.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*