5-ci mərtəbədən düşən azyaşlını havada tutdu – VİDEObackend

5-ci mərtəbədən düşən azyaşlını havada tutdu - VİDEO

Çində qeyri-adi olay baş verib.

KONKRET.az xəbər verir ki, Çinin Tonqxianq şəhərində 5-ci mərtəbədən düşən uşaq yoldan keçən şəxs tərəfindən xilas edilib.

Belə ki, yoldan keçən 31 yaşlı Şen Donq adlı çinli binanın 5-ci mərtəbəsindən 2 yaşlı uşağın yıxılmasını görür.

Dərhal irəli qaçan Şen uşağı havada tutmağa nail olur.

Daha sonra uşaq xəstəxanaya aparılır və onun heç bir zədə almaması və tamamilə sağlam olduğu müəyyən olunur.

Çinin Daxili İşlər Nazirliyinin sözçüsü Şen Donqu “qəhrəman” adlandırır.

Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*