“Sədərək” ticarət mərkəzində bu gün günorta saatlarından başlayan yanğın hələ də davam edir.
KONKRET.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbələrdə yayılıb.
Həmin videodan yanğının hələ də davam etdiyi görünür.
Qeyd edək ki, bir neçə saat öncə FHN yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər gördüyünü açıqlamışdı.
Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.