FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdibackend

FHN şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı və eyni zamanda millət vəkili Əliabbas Salahzadənin həyat yoldaşı olan Xatirə Salahzadənin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba prospekti, giriş 258A ünvanında inşa olunan obyektin istismarına icazə verib.

KONKRET.az yeniavaz.com-a istinadla xəbər verir ki, , tikinti sahəsi 77,8 kvadratmetr olan iaşə obyekti 1 mərtəbədən ibarətdir.

Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 30 oktyabr 2025-ci il tarixli, 09829 nömrəli istismara hazırlıq rəyi verib.

Onu da bildirək ki, FHN eyni zamanda Allahşükür Paşazadənin nəvəsi – Əliabbas və Xatirə Salahzadələrin övladı, 2002-ci il təvəllüdlü Həsən Salahzadəyə məxsus obyektin istismarına icazə verib. Həsən Salahzadəyə məxsus obyekt Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 177 ünvanında yerləşir. FHN bu obyektə 10 oktyabr 2025-ci il tarixli, 09532 nömrəli istismara hazırlıq rəyi verib. İki mərtəbəli, terraslı obyektin tikinti sahəsi 274,84 kvadratmetr təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*